ABŞ PUA texnologiyalarının rusların əlinə keçəcəyindən ehtiyat edərək, 4 ədəd “MQ-1C Grey Eagles”ın Ukraynaya təhvil verilməsini dayandırıb.
Press.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, satışın dayandırılması prosesi texnologiyanı düşmən əlinə keçməkdən qorumaqla vəzifələndirilən Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi tərəfindən detallı araşdırma zamanı başladılıb.
Qeyd edilib ki, pilotsuz təyyarələrin ixracına etirazlar, radar və müşahidə avadanlıqlarının Rusiyanın əlinə keçəcəyi təqdirdə ABŞ üçün təhlükəsizlik riski yarada biləcəyi ilə bağlı yaranıb.
Xatırladaq ki, Rusiyaya qarşı döyüş meydanında istifadə üçün Hellfire raketləri ilə silahlana bilən dörd “MQ-1C Grey Eagle” pilotsuz təyyarəsinin Ukraynaya satılması planı ilk dəfə iyunun əvvəlində açıqlanmışdı.