Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan anlayışı yoxdur”

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Niderland millisinin sabiq hücumçusu Marko van Basten Lionel Messi (PSJ) və Kriştiano Ronaldo ("Mançester Yunayted") haqda fikirlərini bildirib.

Press.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, o, iki oyunçunun müqayisə edərkən deyib: "Kriştiano Ronaldo böyük oyunçudur. Lakin onun Messidən üstün olduğunu söyləyənlərin  futboldan anlayışı yoxdur və ya bunu pis niyyətlə deyirlər. Messi unikaldır. Onu təqlid və təkrar etmək olmaz. Messi kimi futbolçu 50-100 ildən bir meydana çıxır. Uşaq ikən o, futbol dahisinin qazanına düşüb”.

Xatırladaq ki, bundan əvvəl van Basten öz versiyasına əsasən Ronaldo və Messini bütün zamanların ən yaxşı üç futbolçusu sırasına daxil etməmişdi. O, Pele, Dieqo Maradona və Yohan Kroyffu fərqləndirmişdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI