Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Xəsarət alanlar var - YENİLƏNİB

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda çoxmərtəbəli binanın liftinin qırılması nəticəsində yaralananların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova Press

 

.az-a açıqlamasında bildirib ki, xəsarət alanlardan dördü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub:

“Bir nəfər isə tibb müəssisəsinə getməkdən imtina edib”.

10:26

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 22:20 radələrində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan dörd qadın və iki azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Oxşar xəbərlər
OTACI