Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa çempionatında qadın güləşçilərimizdən rekord

18 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

Press.az xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 idmançıyla qitə birinciliyinə yollanan yığma komanda 1 dəst medal qazanıb.

Yunan-Roma güləşində olduğu kimi, qadın güləşində də rekord qeydə alınıb. Belə ki, Azərbaycan 6️6 xalla komanda hesabında Avropa 5️-cisi olub. Buna qədər bu yaş qrupu üzrə qitə birinciliyində zərif cinsin nümayəndələri ən yaxşı halda 62 xal (Faenza-2019) toplamışdı.

Bundan başqa, qadın güləşində medalların əyarına görə son 7, sayına görə isə son 9️ lin ən yaxşı nəticəsinə imza atılıb.

Xatırladaq ki, Buxarestdə Ruzanna Məmmədova (49 kq) qızıl, Elvina Kərimzadə (43 kq) gümüş, Aysel Məmmədzadə (46 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI