PSJ "Portu"nun futbolçusu Vitor Ferreyra ilə razılığa gəlib.
Press.az Fransa mətbuatına istinadən xəbər verir ki, tərəflər müqavilənin şərtlərini razılaşdırıblar. Hazırda Paris təmsilçisinin "Portu" ilə transferlə bağlı danışıqlar apardığı vurğulanıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm 47 oyunda 4 qol vurub, 5 qolun ötürməsini verib.