Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil - Putin

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil.

Press.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır.

"Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə olmamışıq. Ukraynanın hərbi inkişafının əleyhinə olmuşuq, çünki bu, təhlükəsizliyimizi təhdid edir. Amma iqtisadi inteqrasiyaya gəlincə, bu, onların seçimidir”, - Putin deyib.

Rusiya lideri qeyd edib ki, Ukraynanın Aİ-yə qəbulunun məqsədəuyğunluğunu təşkilat müstəqil şəkildə müəyyən edəcək.

Oxşar xəbərlər
OTACI