Moskva "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.
Press.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Slavişa Yokanoviç təyin olunub.Onunla 1+2 illik müqavilə imzalanıb. Serb mütəxəssis"Herta"ya keçən Sandro Şvartsı əvəzləyib.
Qeyd edək ki, S.Yokanoviçin son klubu 2021-ci ilin noyabrında istefaya göndərildiyi "Şeffild Yunayted" olub.