First slide

Bakıda kişi arvadını küçədə döydü: “Arvadımdır, istədiyim yerdə istədiyim hərəkəti edərəm”

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda küçədə arvadını döyən şəxs həbs edilib.

Press.az “kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Vidadi Musayev (ad şərtidir) kafelərdən birinin yanında arvadı ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı uca səslə nalayiq ifadələr işlədib.

Bu zaman üç polis əməkdaşı yaxınlaşaraq mübahisənin hansı səbəbdən baş verdiyini soruşub. Kişidən hərəkətlərinə son qoymasını tələb ediblər. O isə mübahisə etdiyi şəxsin həyat yoldaşı olduğunu bildirərək “ona qarşı istədiyim yerdə istədiyim hərəkəti edərəm” deyib.

Yenidən uca səslə nalayiq ifadələr işlədib. Polislərin onu bölməyə aparacaqlarını görəndə qaçmaq istəyib. Buna görə polislərdən birini sinəsindən itələyərək qaçmağa cəhd göstərib. Bu zaman əlavə iki polis əməkdaşı gəlib, onu polis bölməsinə aparmaq istədikdə müqavimət göstərib. Daha sonra Səbail Rayon 8-ci Polis Bölməsinə aparılıb.

Onun barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

V.Musayev məhkəmədə deyib ki, əsəbi olduğu üçün polisin tələblərinə tabe olmayıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən kişi səkkiz gün həbs cəzası alıb.

Oxşar xəbərlər
OTACI