Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Suallar gözlədiyim kimi oldu” – I qrupun lideri

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 4-5 iyun 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, I ixtisas qrupu üzrə ən yüksək nəticəni 111 nömrəli məktəbin məzunu Qurbanov Fuad Polad oğlu əldə edib. O 695 bal toplayaraq, I ixtisas qrupu üzrə ilk yeri tutub.

F. Qurbanov imtahan nəticələri ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

“Təəssüratım çox yaxşıdır. Suallar gözlədiyim kimi oldu. Gündəlik dərslərə hazırlaşırdım və təbii ki, əlavə hazırlıqlar da olurdu”.

Xaricdə təhsil almaq niyyətinin olmadığını deyən F.Qurbanov Azərbaycanda qalmağa üstünlük verdiyini söyləyib:

“Xaricdə təhsil almaq fikrim yoxdur, Azərbaycanda oxuyacam. İnformasiya təhlükəsizliyi və ya kompüter mühəndisliyi üzrə təhsil almaq istəyirəm. Nəticələrə gəlincə, imtahandan çıxdıqdan sonra topladığım balı təxmin etmişdim. Mənim üçün uğurlu nəticədir, çox sevincliyəm”.

Oxşar xəbərlər
OTACI