“Avropa iqtisadiyyatının Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə itkiləri 400 milyard dolları ötə bilər”.
Press.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa zonasında ayrı-ayrılıqda ölkələrdə inflyasiyanın artımı artıq 20%-i ötüb.