First slide

Prezident Cəbrayıldakı mina partlayışından DANIŞDI

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan böyük mina problemi ilə üzləşib.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyunun 17-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərkən deyib.

Dövlət başçısı 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonu ərazisində mina partlaması nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Oxşar xəbərlər
OTACI