Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdə sakinindən ov tüfəngi götürüldü

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Elnur Paşayevin qanunsuz olaraq silah saxladığı müəyyən edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman “TOZ C-8931” markalı yivli silah və 22 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI