Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ölkədə 20% bahalaşma var - AMB səbəbləri AÇIQLADI

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkədə illik inflyasiya tempi bir qədər yüksəlib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, 2022-ci ilin may ayında inflyasiya 0.7% olub, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13.7% artıb. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20.2% artıb, qeyri-ərzaq məhsulları 7.1%, xidmətlər isə 10.3% bahalaşıb. İllik baza inflyasiyası may ayında 10% təşkil edib.

Rəsmi məlumata görə, inflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır:

"Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədə qalır. Dünya Bankının məlumatına görə son 2 ayda (aprel-may ayları) dünya əmtəə qiymətləri enerji məhsulları üzrə 1.4%, qeyri-enerji məhsulları üzrə isə 9.4% azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 1.5% azalıb. Bu azalma əsasən yağların və süd məhsullarının ucuzlaşması hesabına baş vermişdir. Un məmulatları və ətin qiyməti isə artmaqda davam edir. Gərgin geosiyasi vəziyyət qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir".

"Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd təsərrüfatı istehsalçı qiymətləri 16.3%, qeyri-neft sənaye istehsalçı qiymətləri indeksi isə 20.1% yüksəlib.

Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə may ayında inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlib, tikintidə isə azalıb.

Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik edilməyib. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir. Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozu dəyişməz qalır", -  AMB bəyan edib.

modern.az

Oxşar xəbərlər
OTACI