Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşdi - Türkiyə çempionu olub

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Neftçi" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, komanda türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılıb.

53 yaşlı baş məşqçi ilə danışıqlar müsbət yekunlaşıb və o, paytaxt təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib. Sağlam tezliklə Bakıya gələrək, rəsmi müqaviləyə imza atacaq.

Təcrübəli mütəxəssis bu vəzifədə ötən mövsümün sonunda müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

Qeyd edək ki, Ertuğrul Sağlamın son olaraq İranın "Traktor" klubuna başçılıq edib. O, ölkəsində "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişehirspor" və "Yeni Malatyaspor"un da baş məşqçisi olub. Sağlam 2009/2010 mövsümündə Bursa təmsilçisi ilə Türkiyə Super Liqasında çempionluq sevinci də yaşayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI