Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərzaq böhranı ölkələrə iki formada təsir edəcək - Milli Məclisdə məsələ qaldırıldı

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dünyada ərzaq böhranı ilə bağlı problem daha da kəskinləşəcək”.

Bunu deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.

Onun sözlərinə görə, ərzaq böhranı bütün ölkələrə iki formada təsir edəcək. Bu, qıtlıq və qiymətlərin artmasıdır.

“Azərbaycan bu çağırışlar qarşısında, ilk növbədə bir ölkədən idxal asılılığını azaltmalıdır. İdxal istiqamətlərini şaxələndirmək vacibdir. Xaricdən aldığımız məhsulların böyük hissəsini Azərbaycanın özünün istehsal etmək potensialı var”, - deyə Əli Məsimli əlavə edib.//oxu.az

Oxşar xəbərlər
OTACI