First slide

Ağladığına görə 5 aylıq qızını boğub, öldürdü - Bakıda baş verən cinayət - VİDEO

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hadisə Bakıda 20-ci sahə qəsəbəsi, Y.Mürsəlov küçəsi 41A ünvanında baş verib.

Press.az xəbər verir ki, 15 yanvar 2021-ci il tarixli «baxış keçirilməsi» protokolundan görünüb ki, evə giriş qapısı ilə üzbəüz dəhlizdə divanın üzərində 2020-ci təv. Yağmur Nəsirovanın meyiti aşkar edilib. Baxışda iştirak edən Güloğlan Nağıyev bildirib ki, qızı ağladığı üçün, onu sakitləşdirə bilməyib. Uşağın səsinə əsəbləri dözmədiyindən onu yataq otağında, üzü üstə çarpayıya uzadaraq, qırmızı rəngli yorğanla tam üstünü bağlayıb. Bundan sonra övladının səsi nisbətən zəifləyib. Üstünü açıb, nəfəs almadığını görərək əvvəlcə ona özü süni nəfəs verib, daha sonra uşağı dəhlizdə divana uzadaraq, Təcili Tibbi Yardıma zəng vurub. Həkimlər evə gələrək, artıq qızının öldüyünü bildiriblər.

Səbail rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, azyaşlı Yağmur Nəsirovanın ölümünə — ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması yolu ilə baş vermiş mexaniki asfiksiya səbəb olub.

Güloğlan Nağıyev 1989-cu ildə Goranboy rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb, Bakı şəhərinin Səbail rayonunda yaşayıb. 

Məhkəmə iclasında Güloğlan Nağıyev ittiham üzrə özünü təqsirli bilməyərək, övladını öldürmədiyini qeyd edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə layiqli cəza verilməsini istəyib.

Məhkəmə sübutları təhlil edib Güloğlan Nağıyevin əməlini CM-nin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə tövsif olunmasını əsaslı sayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Güloğlan Nağıyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı videoda....

Oxşar xəbərlər
OTACI