Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı şirkət rəhbəri İstanbulda həbs edildi - SƏBƏB

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin İstanbul şəhərində "Yaşamaq icazə verilməyən əcnəbilər üçün daimi yaşayış icazəsi və deportasiya prosedurları həyata keçirilir” şüarı ilə fəaliyyət göstərən şirkət ifşa olunub.

Press.az Lent.az-a istinadən xəbər verir ki, İstanbulda bir şirkət xarici vətəndaşların yaşamaq icazəsi müraciətlərinə vasitəçilik edib. Şirkət rəsmiləri sosial media platformalarında "məsləhətçilik” xidməti adı altında "Yaşayış icazəsindən imtina edilən əcnəbilər üçün daimi yaşamaq icazəsi və deportasiya prosedurları aparılır” başlığı ilə saxta sənədlər paylaşıblar.

Şişli Məcidiyyəkənd məhəlləsindəki iş yerinin azərbaycanlı rəsmisi A.H. saxlanılaraq həbs edilib.

Baxış keçirilərkən oradan 2 Türkmənistan və Azərbaycan pasportu, 3 doğum haqqında şəhadətnamə, müxtəlif sənədlərin surətləri, xüsusilə notarius, şəxsiyyət və pasport, 6 elektron imza, 1 noutbuk, cib telefonu və 3 min 600 dollar götürülüb.

Saxlanılan azərbaycanlının həmin şirkətin rəhbəri olduğu bildirilir.

Şirkətə 12 min lirə (1178 manat) inzibati cərimə kəsilib.

Oxşar xəbərlər
OTACI