Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ferma və otlaqlardan qoyun oğurlayan şəxslər tutuldu

17 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda ferma və otlaq sahələrindən qoyunlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluğu etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar.

İlkin araşdırma zamanı məlum olub ki, E.Ağazadə və R.Rzayev ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə aparıblar. Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib.

Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı R.Rzayevin üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Press.az

Oxşar xəbərlər
OTACI