First slide

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşdü

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb.

Bu barədə Press.az-a Xarici İşlər Nazirliyindən (XİN) xəbər verilib.

Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər.

Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Baş direktor Tedros Qebreyesus Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa vetdiyi töhfəni minnətdarlıqla qeyd edib.

C.Bayramov, qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib.

ÜST-ün rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI