Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qəbələ" braziliyalı hücumçu aldı

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI