First slide

"Dünyada elə bir lider yoxdur ki, Putini müharibəni dayandırmağa məcbur etsin" - Zelenski

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda dünyada elə bir lider yoxdur ki, Rusiya Prezidenti Vladimir Putinlə fikir mübadiləsi aparıb onu Ukraynada müharibəni dayandırmağa məcbur etsin.

Press.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Putin qərar verməzdən əvvəl onun nəticələrini düşünmür.

"Onun nəyisə eşitməyə hazır olduğuna əmin deyiləm. Mənə elə gəlir ki, o, qərar qəbul etmə mərhələsindədir. O əvvəlcə hərəkətə keçir, sonra fikirləşir”, - Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, yalnız kollektiv şəkildə, birləşməklə Rusiyanı dayandırmaq olar.

Zelenski bundan əvvəl deyib ki, indi Ukraynanın sülh danışıqlarına başlamaq imkanı yoxdur. Rusiya rəhbərliyi dialoq aparmaq istəmir və buna hazır deyil.

Oxşar xəbərlər
OTACI