First slide

Ukraynada bu partiyaların da fəaliyyəti dayandırıldı

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynada daha iki siyasi partiyanın fəaliyyəti dayandırılıb.

Press.az xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsinin qərarı ilə “Sol Müxalifət” və “Şariynin Partiyası” siyasi partiyalarının fəaliyyəti qadağan edilib.

Hazırda Səkkizinci İnzibati Məhkəmədə 16 işə baxılır, bu işlərlə bağlı artıq 9 qərar çıxarılıb.

Daha əvvəl bu məhkəmənin qərarları ilə “Müxalifət Bloku”, Sosialist Partiyası, “Naşi”, “Sosialistlər” Partiyası, “Vladimir Saldo” Bloku, “Derjava” Partiyası, Ədalət və İnkişaf Partiyasının fəaliyyəti qadağan edilib.

Oxşar xəbərlər
OTACI