Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

20-dən artıq sürücü cərimələndi

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb. Ümumilikdə 20-dən artıq sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.

Oxşar xəbərlər
OTACI