Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Donfrid: "ABŞ-ın Ukrayna ilə bağlı prinsipial mövqeyi var"

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Birləşmiş Ştatlar Ukrayna məsələsində öz prinsiplərini qoruyur, bu ölkəyə silah tədarükü və Rusiyaya qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq etməklə dəstək verir.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinə qarşı tətbiq edilən sanksiyalar ABŞ-ın özünə mənfi təsir göstərir.

"Ancaq bu, bizim prinsiplərimizin qiymətidir. ABŞ və Avropadakı tərəfdaşlarımız Ukraynanı dəstəkləyir və buna görə birgə sanksiyalar tətbiq edilib", - Donfrid vurğulayıb.

Onun sözlərinə görə, dünyada Ukraynada müharibəni dayandıra biləcək yeganə şəxs var - Putin.

Dövlət katibinin köməkçisi Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər
OTACI