Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üç lider Zelenskini “güzəştə” razı salmağa gəlib - ŞƏRH

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin ilk günlərində Qərb vahid mövqedən çıxış edərək Moskvanın dayandırılması və Kiyevə hərbi dəstəyin artırılması mövqeyindən çıxış edirdi. Hazırda bu yekdillik yoxdur”.

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Fransa, Almaniya, İtaliya liderləri Emmanuel Makron, Olaf Şols və Mario Draqinin Kiyevə səfərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Qərb sözdə yenə Ukraynanın yanında olduquğunu desə də, əməldə ikitirəlik yaranıb.

“ABŞ, Böyük Britaniya və Polşanın simasında bir qrup ölkə Ukraynaya hərbi yardımın artırılması və Rusiyanın məğlubiyyətə uğradılmasına çalışır. Fransa, Almaniya, İtaliyanın simasında digər qrup isə Ukraynanın güzəştə getməsini və bununla müharibənin sona çatdırılmasını istəyirlər. Ancaq Ukrayna üçün “güzəşt” ərazilərin itirilməsi və işğalla barışmaq deməkdir”.

Siyasi şərhçi deyib ki, görünür, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini itirməsi Paris və Berlini az narahat edir.

“Onlar üçün əsas odur ki, nə yolla olursa-olsun müharibə dayandırılsın, Kreml razı salınsın və Rusiyadan enerji ixracı davam etsin. Fransa prezidenti, İtaliya baş naziri və Almaniyanın kanslerinin bu gün Kiyevə başlayan səfəri də Kiyevi mümkün “güzəştlərə” dəvət etməkdir. Ukrayna prezidenti Vladimir Zelenski isə onların təklif etdiyi “güzəştə” hazır deyil”.

modern.az

Oxşar xəbərlər
OTACI