Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərəvəzlərdə bahalaşma 80 faizi ötdü

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il ərzaq mallarının qiymətinin 21 faiz bahalaşmasının əsas “günahkar”ı məlum olub.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, il ərzində tərəvəz məhsullarının 80,3 faiz bahalaşması qida məhsullarının qiymət indeksinə güclü təsir edib.

Digər ərzaq mallarından heç birində qiymət artımı 20 faiz həddinə çatmayıb. Nisbətən yüksək bahalaşma çörəkdə (18,7 faiz), meyvələrdə (17,5 faiz), balıq və balıq məhsullarında (16 faiz) qeydə alınıb.

Qiymət dəyişikliklərinin təhlili göstərir ki, əgər tərəvəzlərdə qiymət artımı 80,3 faiz yox, məsələn, 10 faiz olsaydı, ərzaq mallarının dəyərində artım xeyli az olacaqdı.

Tərəvəzlərdə ən yüksək qiymət artımı göy lobyanın qiymətində qeydə alınıb. Bu məhsulun qiyməti ötən ilin mayında 1,88 manat olduğu halda bu ilin eyni ayında 3,7 manata yüksəlib.

İstixana pomidorunun dəyəri də kifayət qədər artıb. Bu məhsulun ötən il bir kiloqramı 1,6 manat idi, bu il isə 2,9 manat olub.

Əsas tərəvəz məhsulu olan kartof da xeyli bahalaşıb. Bir il əvvəl 0,8 manata satılan kartofun dəyəri 1,3 manata yüksəlib.

Digər tərəvəz məhsullarının dəyərində də ciddi artım var.

Əsas ərzaq mallarından olan tərəvəzlərdə yüksək qiymət artımı qida mallarında kəskin bahalaşma yaradıb.

Oxşar xəbərlər
OTACI