Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bakı-Quba yolu kütləvi qırğın yerinə çevrilib” - Qəzaya düşməmək üçün nə etməli?

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı-Quba yolu  kütləvi qırğın yerinə çevrilib”.

Press.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, görülən  işlərlə əlaqədar sözügedən  yolun Bakıya gələn istiqaməti xeyli məsafədə bağlanıb və avtomobillər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər:

“Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır. Həmin yolun Gəndov kəndindən Yaşma qəsəbəsinədək pis vəziyyətdə olan və xeyli yerlərində iş gedən hissəsinin uzunluğu təxminən 70 kilometrdir. Sürücülər bu məsafəni normal vəziyyətdə  həmin yol üçün nəzərdə tutulan 90 km/saat sürətlə getsə, bu, təxminən 47 dəqiqə edir. Həmin məsafəni 60 km/saat sürətlə getmək isə təxminən 70 dəqiqə edir. Fərq cəmi 23 dəqiqədir. Sürücülər nəzərə almalıdır ki, hər yerdə qabaqlarında daş yüklü “KamAz” olmur və daha rahat getmək mümkündür”.

Ekspert əlavə edib ki,  23 dəqiqə qabağa düşmək üçün həyatı riskə atmağa dəyməz:

“Ona görə də sürücülər qaydalara riayət etməlidir. Qadağandırsa, ötmə etməməli, sürət rejimini pozmamalı, bir-birilərinin arxasınca səbrlə getməyi öyrənməlidirlər. Sadəcə olaraq, özlərini “tələsirəm” sindromundan uzaq tutmalıdırlar. Yol tikənlər də nəzərə almalıdırlar ki, işlər nə qədər tez bitsə, qəzalar da az olar”.

sfera.az

Oxşar xəbərlər
OTACI