Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat: “Bazarda məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır”

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır”.

Press az Bakupost.az-a istinadla xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, yerli məhsulların istehsalı, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yolverilməzdir:

“Bəzi insanlar qlobal bahalaşmadan sui-istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısı alınmalıdır. Bildirilir ki, son illər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir. Sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub bazara çıxarmalıdırlar. Bu, qətiyyən yolverilməzdir. Vətəndaşlar da bazarlardakı qiymətlərdən narazıdırlar. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı, narazılıqlar yaranır”.

Oxşar xəbərlər
OTACI