First slide

"Düşərsən həbsxanaya, sındırarlar səni, olmaz belə" - Cavanşir Məmmədov

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Mən jarqonla, “tirpaş”, əzilə-əzilə danışanları eşidəndə əsəbləşirəm. Mən o oğulların içərisindən çıxmışam ki, onlar adamı dişində aparar. İndi çoxusu rəhmətə gedib”.

Press.az ölkə.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov siqaret çəkən bir gəncə müraciətində deyib. Müğənni bildirib ki, onu videoya çəkməsəydi, davranışından dolayı həmin gəncin qulağını burardı:

“Yaxşı, sən uşaq ola-ola gəlib danışırsan. Bax gör kimin yanındasan, ətrafındasan.  Yəni mən özüm o şəraitdə böyüyən adam olmuşam. O cür “kruq”larda olan adam olmuşam. O oğlanlar ki, hərəsi bir hörmətin sahibi idilər. Mən sənin siqaret çəkməyinə güc gələ bilmərəm. Deyə bilmərəm ki, çəkmə. Çəkirsən, amma səhv edirsən. Adam özündən böyüyün yanında çəkməz, özündən böyüyün yanında danışanda ədəb-ərkanla davranar, danışığına fikir verər. Bir özünü düzəlt. Siqareti qoymusan damağına. Həbsxanaya düşərsən, səni sındırıb atarlar bir küncə , oralarda qalarsan. Sən Cavanşir əmiyə rast gəlmisən deyə, xətrinə dəymirəm. Yəqin ki, çəkiliş olmasaydı, qulağını burardım” - o söyləyib.

Oxşar xəbərlər
OTACI