Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO-nun baş katibini Yunan mediası hədəf aldı

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yunan mətbuatı Stoltenberqi Türkiyə ilə Yunanıstan arasında “bərabər məsafə” saxlamaqda ittiham edib.

Press.az xarici KİV-ə istinadla xəbər verir ki, baş katib Yens Stoltenberq Yunanıstanın AMNA Dövlət Agentliyinə müsahibə verib.

"NATO müxtəlif coğrafiyaları, tarixləri və siyasi partiyaları özündə birləşdirən 30 illik bir ittifaqdır. Ölkələrimiz arasında bəzi fikir ayrılıqlarının olması bizi təəccübləndirməməlidir. Bununla belə, fərqli baxışlar və müzakirələr demokratiyalarımızın əsas hissələridir. Türkiyə səmimi idi. Yunanıstan kimi onilliklər boyu müttəfiqdir”.

NATO-nun Yunanıstan və Türkiyəni Egeydəki problemləri etimad və müttəfiqlik həmrəyliyi ruhu ilə həll etməyə təşviq etdiyini bildirən Stoltenberq Türkiyənin terror təşkilatı PKK ilə bağlı narahatlığına da toxunub.

"Türkiyə PKK-dan çox əziyyət çəkib və alyansda terrordan ən çox əziyyət çəkən ölkədir. Türkiyənin bütün müttəfiqlərinin ciddiyə alması lazım olan əsaslı narahatlığı var".

Türkiyə üçün tez-tez "təcavüzkar" tərifindən istifadə edən Yunan mətbuatı Stoltenberqin iki ölkə arasındakı gərginliyi "münaqişə" kimi təsvir etməsini tənqid edib.

Kathimerini qəzeti, “Türkiyə-Yunanıstan münasibətlərində Stoltenberqin saxtakarlığı” başlıqlı xəbərində, "NATO-nun baş katibi Yens Stoltenberq AMNA-ya verdiyi müsahibədə Türkiyənin təcavüzünü əslində qəbul etməyərək və israrla bir sıra uğursuz düsturlarla şərh etməyi seçdi". 'Mübahisə' haqqında danışarkən ifadəsini işlədib.

“Avgi” qəzeti də Stoltenberqin Türkiyə və Yunanıstana qarşı bərabər məsafə siyasəti həyata keçirdiyini ifadə edərək “Türkiyənin təcavüzünü qınamaqdan çəkindi” yazıb.

Bəzi KİV-lər Stoltenberqin Yunanıstanın güclü və dəyərli NATO müttəfiqi olduğu sözlərini vurğulamağa üstünlük versə də, bəzi xəbər portalları “Stoltenberqin qəribə açıqlamalarının arxasında nə gizlənir?” deyə şərhlər yazılıb.

Yunanıstanın ən çox izlənilən xəbər portallarından biri olan "in.gr", Stoltenberqin hər zaman açıqlamaları ilə məsuliyyəti üzərinə götürməkdən qaçdığını müdafiə edib.

“NATO-nun baş katibi Yens Stoltenberq müasir “Pontius Pilat” rolunu oynamağı seçdi, çünki o, 2014-cü ildə seçildiyi vaxtdan Yunanıstan və Türkiyədən bərabər məsafədə dayanıb, hətta Ankara beynəlxalq hüququ açıq-aşkar pozanda, Yunanıstanın suveren hüquqlarını şübhə altına aldıqda və hətta Yunanıstanın dövlət daxilində problemlər yaratdıqda belə”.

Zeynab Hüseyn

Oxşar xəbərlər
OTACI