Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda “Gelandewagen” qəza törədib, 7 nəfər xəsarət alıb - FOTO

16 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Press.az  APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

"Mercedes Gelandewagen" markalı avtomobilin sürücü Bəkir Çobanzadə küçəsində yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirərək əks yola çıxıb. Bu zaman avtomobil qarşıdan gələn "Mercedes" markalı mikroavtobusla, daha sonra isə "Opel" markalı maşınla toqquşub. Qəza nəticəsində iki avtomobil deformasiyaya uğrayıb. Ümumilikdə 7 nəfər xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Xəsarət alan 7 nəfərdən dördünə ilkin tibi yardım göstərilərək evə buraxılıb. Digər 3 nəfər - 1960-ci il təvəllüdlü Talıbov İsmayıl Ağalar oğlu, Rüstəmov Seymur Eyvaz oğlu və Salmani İsgəndər Musa oğlu vəziyyətləri ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Oxşar xəbərlər
OTACI