Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə dəhşətli qəza baş verdi - Bir ailənin 5 üzvü yaralandı

15 Jun 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun Çənlibel kəndindən keçən hissəsində hərəkətədə olan “Mercedes”lə digər maşının toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar.

Onlar 2012-ci il təvəllüdlü Qəhrəmanlı Aydan Teymur qızı, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Ayan Teymur qızı, 2018-ci il təvəllüdlü Qəhrəmanlı İslam Teymur oğlu, 1989-cu il təvəllüdlü Qəhrəmanov Teymur Nəsimi oğlu, 1994-cü il təvəllüdlü Qəhrəmanova Dilşad Məzahir qızı, 1992-cı il təvəllüdlü Abdulayev Ruslan Zahid oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki qəzada yaralananlardan beş nəfəri bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI