Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Real" Çempionlar Liqasının qalibi oldu - Yenilənib

29 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Çempionlar Liqasında final oyunu keçirilib.

Press.az xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundakı yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, "mersisaydlılar" tıxacda qalaraq arenaya gec çatdığı üçün və təhlükəsizlik işləri baxımından 23:37-də start götürüb. 

28 may

23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1

Qol: Vinisius Junior, 59

Paris, "Stad de Frans" stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI