Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mikroavtobus aşdı- 7 nəfər yaralandı

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

Oxşar xəbərlər
OTACI