Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moskvaya uçan təyyarə məcburi eniş etdi

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İstanbuldan Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Press.az report-a istinadla xəbər verir ki, bu barədə hava limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.

Onun sözlərinə görə, hazırda laynerə baxış keçirilir: “Sərnişinlər terminaldadırlar və dayandırılmış reysi davam etdirmək üçün gözləyirlər”.

O, qeyd edib ki, yoxlanışın nə qədər davam edəcəyi daşıyıcıdan asılıdır.

Oxşar xəbərlər
OTACI