First slide

Əfv olununan Saleh Rüstəmli hava limanına getdi, ölkəni tərk edir - SƏBƏB

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfv sərəncamı ilə azadlığa buraxılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edir.

Press.az metbuat.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Onun sözlərinə görə, Saleh Rüstəmli artıq hava limanınadır. O, tələb olunan şərtə əməl edərək ölkədən gedir.

Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu.

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.

Oxşar xəbərlər
OTACI