Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Abramoviç “Çelsi”ni satmasından danışdı

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyalı milyarder Roman Abramoviç "Çelsi"nin Todd Boulinin konsorsiumuna satılması barədə danışıb.

Press.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib: “Çelsi”ni satmaq niyyətimi bildirdiyimdən üç aya yaxın vaxt keçib. Bu müddət ərzində düzgün sahibi tapmaq üçün səylə çalışdıq. Bu kluba sahib olmaq çox məsuliyyət daşıyır. Demək olar ki, 20 il əvvəl “Çelsi”yə gəldiyim vaxtdan klubun nəyə nail ola biləcəyini birbaşa görmüşəm. Mənim məqsədim növbəti sahibin kişi və qadın komandalarının uğurunu təmin edəcək düşüncə tərzinə malik olması, o cümlədən klubun digər əsas aspektlərini, məsələn, akademiya və onun həyati fəaliyyətini inkişaf etdirməyə davam etmək istəyi və həvəsi idi.  Şadam ki, bu axtarış uğurla nəticələnib. “Çelsi”ni yeni sahiblərinə təslim edərkən, onlara həm meydanda, həm də meydandan kənarda uğurlar arzulayıram. Bu klubun üzvü olmaq ömürlük şərəfdir. Bütün keçmiş və indiki oyunçulara, heyətə və əlbəttə ki, azarkeşlərə təşəkkür edirəm. Mən fəxr edirəm ki, bizim birgə uğurlarımız nəticəsində milyonlarla insan yeni xeyriyyə fondundan faydalanacaq. Bu, bizim birlikdə yaratdığımız mirasdır. Təşəkkür edirəm”.

Qeyd edək ki, 2 gün sonra "Çelsi"nin satışı üçün rəsmi müqavilə imzalanacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI