Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Türkiyəyə yollandı: "Gedib dönməmək var" - VİDEO

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayev əməliyyatı üçün Türkiyəyə yola salınıb.

Press.az azxeber.com-a istinadla xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında müalicəsi üçün 50 min dollar yığılan aktyor Türkiyədə əməliyyat olunacaq.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müsahibə verən Elvin hər kəsə ona yardım etdiyi üçün təşəkkür edib: 

"Artıq vaxt gəldi çatdı. Necə ki, yaxşı gedirik, yaxşı da davam edərik, inşallah. Xoşqədəm xanım və komandası ipimi daha da qalın etdi ki, o ip qırılmasın. Övladlarımla sağollaşanda çox təsirli anlar yaşadım. Bir söz var: Gedib də dönməmək... Mən hər şeyi gözə aldım".

Oxşar xəbərlər
OTACI