First slide

Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - Komitə sədri AÇIQLADI - VİDEO

26 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapa bilmirlər".

Press.az xəbər verir ki, bu sözləri "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur.

Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir:

"Qarabağda, işğaldan azad olunan ərzilərdə böyük əmək bazarı yaranmaqdadır. Orada böyük inşaat platformaları gedir. Hesab edirəm ki, bizim gənclərimiz, xüsusilə müharibədə qəhrəmanlıq göstərən veteranlarımız bu sahələrə cəlb olunmalıdır

Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmaldır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır".

Oxşar xəbərlər
Category news

tr_star

24 Jun 2022

OTACI