Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tikinti şirkətləri ƏDV-yə görə qiymətləri artıra bilər - AÇIQLAMA

26 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Vətəndaşlar yaşayış yaxud qeyri-yaşayış sahəsi əldə etdikdə onların ödədiyi məbləğ 18 faiz əlavə dəyər vergisi də daxildir. Həmin vergi də tikinti şirkətinə yox, dövlətə ödənilir. Başa düşdüyüm qədərilə dövlət də sonradan onun 30 faizini vətəndaşlara geri qaytaracaq”.

Press.az xəbər verir ki,bunu Pravda.az-a hüquşünas Əkrəm Həsənov Prezident İlham Əliyevin “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı barədə danışarkən bildirib.

“Tikinti şirkətləri vətəndaşlardan çox pul alıb, müqavilədə az yazmasınlar deyə dövlət ödənilən məbləği nəzarətə götürür. Bu halda vətəndaşlar ödədikləri ƏDV-ni geri ala bilmələri üçün müqavilədə tam məbləğin yazılmasında maraqlı olacaqlar. Bu da dövlətin tikinti şirkətlərinin fəaliyyətlərini şəffaflaşdırmağa yönəlmiş addımdır. Fərman tikinti bazarında vətəndaşların aktivliyini artırmağa yönəlib. Reallıqla danışsaq, indi insanların yeni binalarda yaşayış evi almağa maraqlarının azaldığını deyə bilərik. Bunun əsas səbəbi isə vəsaitin olmamasıdır. Buna görə də tikinti şirkətləri tikdiyi mənzilləri satmaqda çətinlik çəkirlər. Yeni qərar da hardasa bu bazarı canlandırmğa hesablanıb. Bu vətəndaşlar üçün qiymətdə müəyyən güzəştdir. Amma onu da bildirməliyəm ki, tikinti şirkətləri o qədər qeyri-dürüst, qanunsuz işləməyə adət ediblər və elə acgözdürlər ki, onlar ƏDV-yə görə qiymətləri artıra bilərlər” – Ə.Həsənov qeyd edib.

Oxşar xəbərlər
OTACI