Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Konfrans Liqasının qalibi müəyyənləşdi

26 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün futbol üzrə UEFA Konfrans Liqasının final oyunu keçirilib.

Press.az xəbər verir ki, final matçında İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gəlib.

Joze Mourinyonun rəhbərlik etdiyi İtaliya komandası lap əvvəldən Konfrans Liqasının favoritlərindən hesab olunurdu. Təbii ki, “canavarlar” final görüşündə qələbə qazanmaqla, mövsümü kubokla başa vurmaq istəyirdi.

Amma “Feyenoord” o qədər də asan rəqib deyildi. Niderland təmsilçisi də Konfrans Liqasının qalibi olmaq üçün əlindən gələni edib. Lakin yekunda rəqibini minimal hesabla üstələyən “Roma” ilk dəfə keçirilən Konfrans Liqasının qalibi olub.

UEFA Konfrans Liqası

Final

25 may

Roma – Feyenoord 1:0

Qol: Zaniolo, 32.

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Tirana, Milli Arena.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI