Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həcc ziyarətinin qiyməti niyə artıb? - QMİ-dən cavab

26 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Son vaxtlar dünyada baş verən qiymət artımı Həcc ziyarəti ilə bağlı məsələlərə də təsir edib”. 

Press.az xəbər verir ki, bunu ARB 24-ə açıqlamasında QMİ-nin sədr müavini Salman Musayev deyib.

O bildirib ki, Bakıdan gediş-gəliş üçün zəvvarlara çəkilən bütün xərclər 5350 ABŞ dollarına daxildir: “Səudiyyə Ərəbistanının qəbul etdiyi qərarlar əsasında, qiymətlər xeyli artıb. Hətta zəvvarların sağlamlıq məsələlərinin qorunması da ödənişə daxildir. Əvvəlki illlərdə bunların hamısı ödənişsiz idi. Amma bu il bu xərclər də ziyarət səfərinin qiymətinin üzərinə gəlib”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

 

Oxşar xəbərlər
OTACI