Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zakir Qaralovun daha bir şirkəti məhkəməyə verildi

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İndiqo" MMC “Akkord”a məxsus şirkəti - "Körpü Tunel Tikinti" MMC-ni məhkəməyə verib.

Press.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Belə ki, "İndiqo" podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: "İndiqo" MMC daha əvvəl “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni eyni iddia ilə məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Oxşar xəbərlər
OTACI