Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyəyə gedib

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdədir.

Press.az xəbər verir ki, generalın rəhbərlik etdiyi şəxsi heyət Türkiyənin Konya şəhərində keçirilən ənənəvi "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərini izləyib.

Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.

Oxşar xəbərlər
OTACI