Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

25 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyasında və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Elşən Babayev saxlanılıb. Onun ailə üzvlərinə məxsus olan həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirdiyi 45 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Bundan başqa keçirilmiş tədbirlər nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilmiş Ağca Bayramova və İlkin Əliyev də müəyyən edilib. Onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq miqdarda ziyan vurduqları aşkar olunub. 

Faktlarla bağlı Yevlax RPŞ-də adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI