Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya bazarlarında neft bahalaşmağa başlayıb - YENİLƏNİB

24 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təklifin azalması haqqında narahatlığın artması fonunda dünya bazarlarında neft bahalaşmağa başlayıb.

Press.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,2% bahalaşaraq 1 bareli 111 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,22% artaraq 1 bareli 110,53 ABŞ dolları təşkil edib. 

Ağ Ev ABŞ və Avropa Komissiyasının Rusiyadan enerji daşıyıcılarının idxalını azaltmağa yönəlmiş tədbirlərin görülməsi zərurəti barədə bəyanatından sonra “qara qızıl”ın mümkün çatışmazlığı qiymət artımına səbəb olub. 

Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyan edib ki, əgər Aİ bu gün Rusiya neftindən imtina etməsə, embarqo tədricən tətbiq olunacaq. Bu bəyanat treyderlərin narahatlıqlarını daha da artırıb.

09:59

Təklifin azalması haqqında narahatlığın azalması fonunda dünya bazarlarında neft ucuzlaşıb.

Press.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,67% ucuzlaşaraq, 1 bareli 110,04 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,61% düşərək, 1 bareli 109,62 ABŞ dolları təşkil edib.

Analitiklər hesab edirlər ki, Avropa İttifaqının (Aİ) Rusiya neftinə embarqo qoymaq ehtimalı çox azdır.

Bundan başqa, ABŞ dollarının möhkəmlənməsi də “qara qızıl”ın qiymətinə təsir göstərir. Belə ki, dolların indeksi 0,15% artaraq 102,22 bəndə çatıb. Bahalı dollar xammal materiallarını, o cümlədən nefti başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.

Oxşar xəbərlər
OTACI