Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda tanınmış hakim təqaüdə göndərildi - FOTO

24 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev 65 yaşı tamam olması ilə bağlı təqaüdə göndərilib.

O, ötən gün icraatında olan sonuncu işlə bağlı hökm oxuyub və icraatında olan işləri yekunlaşdırıb.

Qeyd edək ki, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərən Əfqan Hacıyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və digər dəstə üzvlərinin, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyevin, sabiq səfir Eldar Həsənovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) və bir çox başqa səs-küylü cinayət işləri üzrə məhkəmə proseslərinə sədrlik edib.//e-huquq.az

Oxşar xəbərlər
OTACI