Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

La Liqada mübarizə sona çatdı: "Barselona" uduzdu

24 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə İspaniya La Liqasında mövsüm yekunlaşıb. 

Press.az fanat.az-a istinadla xəbər verir ki, bazar günü son 7 matç keçirilib.

Çempionatın gümüş medallarını öncədən təmin edən “Barselona" “Kamp Nou”da “Vilyarreal”la uduzub. “Atletik Madrid” səfərdə “Real Sosyedad”ı, “Sevilya” isə evdə “Atletik”i üstələyib.

Beləliklə, uyğun olaraq ilk dörd pilləni tutan komandalar - “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və “Sevilya” İspaniyanı Çempionlar Liqasında təmsil edəcəklər. 5 və 6-cı yerlərdə qərarlaşan “Real Betis”lə “Real Sosyedad” Avropa Liqasına vəsiqə qazanıblar. 7-ci olan “Vilyarreal” isə sözünü Konfrans Liqasında deməyə çalışacaq.

“Qranada” (38 xalla 18-ci), “Levante” (35 xalla 19-cu) və “Alaves” (31 xalla 20-ci) La Liqa ilə vidalaşmaq məcburiyyətində qalıblar.

İspaniya La Liqası
38-ci tur

22 may

Elçe – Xetafe 3:1
Qollar: 
Olaza, 37. Kike, 84; 90+2 – Ünal, 33.

Alaves – Kadis 0:1
Qol:
 Lozano, 76.

Qranada – Espanyol 0:0

Osasuna – Mayorka 0:2
Qollar:
 Anxel, 47. Qrenye, 83.

Barselona – Vilyarreal 0:2
Qollar: 
Pedrasa, 41. Qomes, 55.

Real Sosyedad – Atletiko Madrid 1:2
Qollar
: Quridi, 90+3 – De Paul, 50. Korrea, 69.

Sevilya – Atletik 1:0
Qol
: Mir, 68.

21 may

Valensiya - Selta 2:0
Qollar: 
Maksi Qomes, 28 - Araxuo, 60 - öz qapısına

20 may

Rayo Valyekano - Levante 2:4 
Qollar:
 Alvaro Garsia, 18. Serxi Quardiola, 61-pen. - Qonsalo Melero, 26, 45. Rocer Marti, 44. Koke, 76.

Real Madrid - Real Betis 0:0

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI