Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfv Komissiyası sonuncu iclasını keçirdi - Kimlər ƏFV OLUNACAQ?

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Press.az Publika.az-a istinadən xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb. Bəs komissiya bu vaxta kimi neçə müraciətə baxıb? Müraciət edənlər arasında tanınmış şəxslərin və həbsdə olan məmurların adları varmı?

Bununla bağlı danışan Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamına kimlərin düşüb-düşməməsi cənab prezidentin səlahiyyətidir.

Hüquq müdafiəçisinin sözlərinə görə, əfv etmək cənab prezidentin konstitusyon hüququdur:

“Kimlərin əfv olunub-olunmayacağını da ölkə başçısı müəyyənləşdirəcək. Əfv sərəncamının nə zaman imzalanması da dövlət rəhbərinin səıahiyyətində olan bir məsələdir. Sadəcə olaraq Əfv Komissiyasının işi təşkilati və təxniki baxımdan məsələləri yoluna qoymaqdır. Artıq Əfv Komissiyası öz iclaslarını başa vurdu. 600-dən artıq müraciətə baxılıb. Müvafiq rəylər hazırlanaraq cənab Prezidentə təqdim olunacaq. Bizim konkret olaraq hansısa şəxslərlə bağlı fikir söyləmək hüququmuz yoxdur. Əfv Komissiyasına daxil olan istənilən müraciətlər konfeksial xarakter daşıyır. Yalnız müraciət etmiş şəxslər və məhkum olunmuş şəxslərlə bağlı vəsatət vermiş qurumlar məlumatı verə bilərlər. Amma biz Əfv Komissiyası olaraq bu məlumatı vermək hüququna sahib deyilik. Yalnız əfv sərəncamı imzalanarsa, bu haqda hansısa fikir söyləmək olar”.

Oxşar xəbərlər
OTACI