Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ata səhvən 9 yaşlı oğlunu öldürdü

23 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində doqquz yaşlı uşaq ölüb.

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Horavenc kəndində qeydə alınıb.

Bəliton kənd sakini, 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil" markalı avtomobillə hərəkətdə olarkən darvazanı açmaq üçün maşından enən oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəyə ehtiyatsızlıqdan xəsarət yetirib.

Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Mərhumun yaxınları əsəblərini cilovlaya bilməyib xəstəxananın həkimi Cəmil İbadullayevə və mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Müvafiq ekspertizalar təyin edilib.

Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.

Oxşar xəbərlər
OTACI